Azərbaycanda özünəməxsus yeri olan Farmasevtik şirkət – “ZED pharma” MMC 2013-cü ildən fəaliyyət göstərməkdədir. ZED Pharma bir neçə Türkiyə əczaçı istehsalçıların preparatlarını Azərbaycana idxal edir və tanıdır.
Niyə məhz Türkiyə?
Türkiyə Ümümdünya Səhiyyə Təşkilatının standartlarına uyğun dərman istehsal edən qabaqcıl ölkələrdən biridir. Türkiyədə 100-dən artıq əczaçı zavodlar fəaliyyət göstərir ki, bunların da arasında Koç İlaç və Botafarma kimi istehsalçılar layiqli yerlər tuturlar. Bu istehsalçılar GMP, HACCP kimi beynəlxalq keyfiyyət sertifikatlarına malikdirlər. Eyni zamanda Koç İlaç həm də FDA sertifikatı almış aparıcı istehsalçıdır.
Onu da qeyd edək ki, ZED pharma Koç İlaç və Botafarma istehsalçılarının distribüter kimi Azərbaycanda fəaliyyət göstərir.
ZED pharma farmasevtik şirkətin əsas devizi “Güvənə biləcəyiniz keyfiyyət”dir ki, bununla da fəaliyyətimizin kökündə ilk növbədə keyfiyyət durur.
Şirkətimizin məhsul portfelində 20-dən artıq preparat var. Onlar ginekologiya, nevrologiya, endokrinologiya, kardiologiya və başqa istiqamətlərdə istifadə olunur. Həm də, sirkət indiki pandemiya dövründə iş yerləri açmaqla öz işçilərinə qayğı göstərməkdədir.
ZED pharmanın məhsulları ilə sağlam olun!