Kalsiumun funksiyaları:
Bədəndə kalsium (Сa) sümüklərin (92%) və dişlərin (7%) əsas komponentidir. Qalan 1% isə qanın laxtalanmasında, əzələ yığılmasında, sinir ötürücülüyünün keçirilməsində, hormonların sintezində mühüm rol oynayır. Dölün skeletinin formalaşması ilə əlaqədar olaraq 3-cü aydan kalsium təlabatı artmağa başlıyır, hamilədə kalsiumun miqdarı aşağı düşür. İlk olaraq çanaq sümüyü deformasiyaya uğrayır və dişlər kariyesə uğrayır. Ardıcıl olaraq bir neçə dəfə doğan qadınlarda isə proses daha dərin olur. Həmçinin laktasiya dövründə də kalsium kəskin azalır. Klimaks dövründə estrogenin miqdarı kəskin azalaraq sümüklərin rezorbsiyasına gətirib çıxardır. Nəticədə kalsium sümük toxumasından xaric olur, sümük kövrəkləşir və osteoporoz baş verir. Saç, dırnaq, dəri sağlamlığı təmin edilir.
Kalsium sitrat formasında (limon turşusu ilə birləşməsi):
- Yaşlı adamlar üçün. Bu kimi xəstələrdə mədə xlorid turşusu aşağı konsentrasiyada olur. Karbonatdan fərqli olaraq sitratın sorulması üçün mədə xlorid turşusuna ehtiyac yoxdur. Ona görə də həm qıcqırmanı yaratmır, həm də yeməkdən asılı olmayaraq qəbul olunur.
- Sitrat özü də enerji mənbəyi olan ATF sintezində iştirak edir. ATF enerjisi isə hüceyrədə gedən bütün proseslərdə (hərəkət, istiliyin əmələ gəlməsi, sinir impulslarının yaranması) istifadə edilir.
- Qələvi mühit yaradaraq böyrəklərdə urat və oksalat daşları əridir və əmələ gəlməsini dayandırır.
- Sitrat duzu olaraq daha yüksək biomənimsənilməyə malikdir.
Kalsium nazik bağırsağından sovrulur, burada da onun keçməsi üçün baryer var. D3 vitamini kalsiumu bu baryerdən keçirdərək onun sovrulmasını təmin edir. Kalsit preparatının tərkibində həm də K2 vitamini var. Yağda həll olunan vitamindir. Vitamin K2 (menaxinon): Heyvan qidalarında və mayalanmış qidalarda olur.
K2 vitaminin funksiyaları:
- Qanın laxtalanması zülalların sintezində iştirak edir.
- Damar və ürək sağlamlığını qorumağa kömək edir.
- İnsulin istehsalının artmasına və insulin rezistentliyin aradan qalxmasına kömək edir.
- İltihab əleyhinə təsir göstərir. Belə ki, K2 vitamininin revmatoid artritli xəstələrdə iltihabı azaltmağa kömək edir.
- İmmun sisteminə müsbət təsiri var.
- Orqanizmdə yaşlanma proseslərini ləngidir.
Əsas funksiyası isə osteokalsin kimi zülalları aktivləşdirərək sümükləri gücləndirməkdir. Osteokalsin əsas sümük zülalı hesab olunur, sümüklərin yenilənmə və minerallaşma proseslərində Ca-un funksiyasını tənzimləyir. Osteoporozun inkişafını dayandırır. Sümüklərin sağlamlığını təmin edir.
- Daimi Kalsium BFMQƏ–inin qəbulu tövsiyə olunmur. 19-50 yaş arasında olan böyüklər hər 6 aydan bir və ya ildə 3 dəfə 1 ay ərzində qəbul edə bilərlər. Risk qrupunda olanlar isə hər 2 aydan bir qəbul edə bilərlər.
- Axşam vaxtı Ca qəbulu daha üstündür.
- Tableti yağlı qida və ya Omega-3 ilə qəbulu tövsiyə olunur.
Kimlər Ca-u məhz D3 və K2 ilə qəbul etməlidir?
- Böyrəklərində daş və qum olanlar;
- Ürək-damar xəstəliklərində;
- Sınıqlarda, oynaqlarda ağrı olanlar;
- Hamiləlik və laktasiya dövründə;
- Menopauza dövründə.
Tərkibi 2 tabletdə:
Kalsium sitrat – 1036 mq (elementar Ca – 500 mq)
D3 vit. – 400 BV
K2 vit. – 25 mkq
Qəbul qaydası:
Gündə 2 tabletdən 1 dəfə.
7 yaşdan yuxarı uşaqlara və hamilələrə 2 tablet gündə