Epadez
Epadez preparatının tərkibində 1000 mq Omega-3 balıq yağı var. Orqanizm bu yağı istehsal etmədiyi üçün qidalanma yolu ilə qəbul edilməsi lazımdır. Omeqa-3 yağ turşuları – insan orqanizmində sintez olunmayan, lakin metabolizmin düzgün fəaliyyəti üçün kritik dərəcədə vacib olan maddələrdir. İnsan Omeqa-3-ə olan ehtiyacını həftədə iki dəfə 340 qram yağlı balıq yeyərək qarşılaya bilər. Əgər bu qədər balıq qəbul etmirsə, onda qida əlavələri bu yağ turşularının lazımi miqdarını almağa kömək edəcəklər.
Sağlam insanlar 300-350 mq, ÜDX (ürək-damar xəstəliyi) olan insanlar – 500-1000 mq, idmançılar isə 3000 mq qədər sutkada almalıdırlar.
Balıq yağı – tərkibində omeqa-3 PDYT (polidoymamış yağ turşuları) olan maddədir. Omeqa-3 yağ turşularının 2 forması var:
DHA – dokozaheksaen turşusu;
EPA – eykozapentaen turşusu;
EPA və DHA hüceyrə membranının əsas struktur vahidlərindən hesab olunur. Deməli, orqanizminin sağlamlığı bu 2 PDYT-nın (polidoymamış yağ turşuları) miqdarından asılıdır.
DHA əsas beyin hüceyrələrdə və sinirlərdə, göz torlu qişada, xayalarda və spermada olur. Bu effektlərə malikdir:
- Dölün sinir sisteminin və gözün torlu qişasının inkişafını stimullaşdırır
- Uşağın beynini hipoksiyadan qoruyur və inkişafını stimullaşdırır
- Uşağın zehni, öyrənmə qabiliyyətini artırır
- Vaxtından əvvəl doğuşlarının qarşısını alır
- Anada arterial təzyiqi tənzimləyir
- Doğuşdan sonra yaranan depressiyanın qarşısını alır
EPA eykozanoid maddələrinin sintezini edir. Eykozanoidlər bu effektlərə malikdirlər:
- Damarların genişlənməsi
- Trombositlərinin yapışmasının (aqreqasiya) qarşısını alır
- Sağlam immun cavabı
- İltihab əleyhinə təsir (həm də yaşlı insanlarda oynaq iltihabı)
- Leykositlərin aktivliyini artıraraq virusa daha tez qalib gəlməyi təmin edir
- İnsulinin səviyyəsini tənzimləyir
İstifadəsinə göstərişlər:
Omega-3 PDYT-nın əlavə mənbəyi kimi.
- Sinir sistemi üçün:
İmpulsların ötürülməsini sürətləndirir
Depressiyanın qarşısını alır
- Beyin üçün:
Yaddaşı gücləndirir
Diqqətin konsentrasiyasını artırır
Demensiya riskini azaldır
- İmmunitet üçün:
İmmun statusunu artırır
İltihab proseslərini və allergik reaksiyanı azaldır
Selikli qişaların qorunmağı üçün
- Ürək, damar üçün:
Xolesterinin səviyyəsini aşağı salır
Trombların yaranma ehtimalını azaldır
Damarların tonusunu saxlayır
Arterial təzyiqi tənzimləyir
- Hamiləlik və laktasiya dövrü üçün:
Dölün və uşağın beyin, sinir sisteminin və gözün torlu qişasının inkişafı üçün önəmlidir
- Gözəllik və cavanlıq üçün:
Dəri, saç və dırnağın sağlamlığını təmin edir
Hüceyrələrin regenerasiya proseslərini normallaşdırır
Mübadilə proseslərini normallaşdırır
Hansı səbəblərə görə Epadez başqa balıq yağlardan fərqlənir?
- Xammal: İstehsalçı – İslandiya Lysi şirkəti. İslandiyadan, yəni soyuq və təmiz dənizin vəhşi balıqlarından alınan yağ
- Texnologiya: Yağ balığın özündən – balığın piy toxumasından (əsasən qarın boşluğundan və digər toxumalardan) alınır, balıq qaraciyərdən yox. Yəni, balıq qaraciyəri çoxlu toksinlər və artıq dozada A vitamini toplayır, ona görə FDA hamilə qadınlara qida rasionunda iri balıqlara qadağa edir.
- İstehsalın səviyyəsi, yəni Dünya keyfiyyət sertifikatlarına uyğun olması. Sertifikatlarının olması bildirir ki HMO, qatqılar, alkoqol və konservantlar tərkibində yoxdur. Dəqiq dozalanma.
- Patentləşmiş 4 etapdan ibarət olan təmizləmə üsulu. Balığın dadı və qoxusu bilinmir.
- Türkiyənin Botapharma zavodunda kapsullaşdırılır və qablaşdırılır. Kapsul formasında – Jelatin (Halal sertifikatı var) örtüyü yağı oksidləşmədən qoruyur.