Tokofer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
tokofer
E vitaminin faydaları

Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub «döldaşıyan» mənasını verir. E vitamini insan orqanizmində sintez olunmur, yalnız qida ilə alınır. Onun əsas mənbəyi bitki (zeytun, günəbaxan, qarğıdalı, pambıq) yağıdır. Vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. Bağırsaqda öd turşuları vasitəsi ilə sorulur, limfaya daxil olur. Sonra isə qanda ASLP-lər (Aşağı sıxlıqlı lipoproteinlər) ilə birləşərək toxumalara çatır. Əsas piy toxumasında, qaraciyərdə, əzələlərdə və sinir toxumasında toplanır.

E vitaminin funksiyaları:

Birinci növbədə bu güclü antioksidantdır. Hüceyrələrin membranlarını bərpa edir və toxumaları sərbəst radikallardan (hüceyrələri zədələyən aqressiv molekullardan) qoruyur.  E vitamininin antioksidant təsirinə alimlər onkoloji xəstəliklərin profilaktikası üçün bir vasitə kimi baxırlar.

“Sərbəst radikallar” elektronu əskik olan molekullar olub yüksək enerjiyə sahibdirlər. Bu radikallar özlərində əskik olan elektronlarını hüceyrə membranından (hüceyrənin xaricdən örtən təbəqə) və hüceyrə daxilindəki DNT və RNT-dən almağa çalışır, yəni hüceyrənin membranına, DNT-yə “hücüm edib”, zərər verirlər. Əgər hüceyrə bu zərəri kompensasiya edə bilməzsə mutasiya reallaşacaq. Xərçəng hüceyrələri bu şəkildə ortaya çıxır. Hüceyrənin davamlı olaraq radikalların hücumuna məruz qalması vəziyyətinə “oksidativ stress” deyilir.  Nəticə: “Sərbəst radikallar” sağlamlığımız üçün olduqca zərərlidir.

“Antioksidantlar” isə bu radikalları asanca təsirsiz hala gətirəcək olan molekullardır. Radikallara özlərində olan artıq elektronlarını verirlər.  Beləcə radikallar istədiklərini alır və sağa-sola hücum etməyi kəsərək  zərər vermirlər.

tokofer
E vitaminin funksiyaları

E vitamininin çatışmazlığı səbəbləri

  1. Qida ilə daxil olmaması
  2. Sovrulma çatışmazlığı
  3. Ödün az miqdarda yaranması və bağırsağa axması
  4. Qanda spesifik zülalların azalması

Tərkibi: VİTAMİN E ( ALFA-TOKOFEROL ASETAT) –  150 mq (326 BV)

Buraxılış forması: Kapsul № 30

Istehsalçı: Botapharma, Türkiyə

Qəbulu: Tokofer preparatı yemək zamanı qəbul olunur

 Əks göstərişləri: Dərman komponentlərinə qarşı yüksək həssaslıq; kəskin miokard infarktı, kardioskleroz;

DAHA ÇOX MƏLUMAT

Məhsullar haqqında daha çox məlumat almaq üçün bizə zəng edin
Qaynar xətt:

Bənzər məhsullar

Balıq yağı tərkiblibackend

Epadez

Epadez preparatının tərkibində olan Omega- 3 Balıq Yağı - insan orqanizmində sintez olunmayan, lakin metabolizma üçün vacib olan maddələrdən biridir.

image-detrimaks_d_vitaminibackend

Detrimaks D

5ml həcmdə, 50000 dozada olan bu vitaminin üstünlüyü ondan ibarətdir ki, əgər siz yağlı məhlul içməkdə çətinlik çəkirsinizsə, dozası və keyfiyyəti dəyişməz…

image-folzed-abackend

Folzed-A

Hamiləliyin pozulmasının və dölün qüsurlu inkişafının qarşısını almaq üçün fol turşusunun aktiv metaboliti olan FOLZED-A qəbul edə bilərsiniz.

image-deluks_d3_vitaminbackend

Deluks D3 Vitamin

Karbohidratların tənzimlənməsində iştirak edir, insulinə həssaslığı artıraraq qanda qlukozanın səviyyəsini requlə edir.