Koronavirusla əlaqədar olaraq dünyadakı mövcud epidemioloji vəziyyət fonunda bədənin immunitet sistemini gücləndirmək üçün təsirli vasitələr axtarmaq zərurəti yarandı. Bildiyimiz kimi, zəifləmiş immuniteti olan insanların infeksion xəstəliklərə yoluxma riski daha yüksəkdir. Qeyd etmək lazımdır ki, 18 mart 2020-ci ildə İspan Qidalanma və Diyetologiya Akademiyası sağlamlıq böhranı zamanı İspaniya əhalisi üçün COVID-19 qidalanma tövsiyələrini yaratmışdır. Sənəddə bütün İspaniya əhalisinin, xüsusən evdə yüngül və/və ya asimptomatik vəziyyətdə olan COVID-19 xəstələrinin riayət etməli olduğu 7 qida tövsiyəsi təqdim olunur. İspan diyetoloqlarının dördüncü tövsiyəsi probiotiklərdir.
“Bəs Probiotiklər nədir?” – deyə soruşa bilərsiniz.
PRObiotiklər – insanın bağırsaq mikroflorasını bərpa etmək üçün faydalı olan canlı mikroorqanizmlərdir. Probiotiklər bağırsaqlarımıza düşəndə pis, patogen bakteriyaları məhv edərək mikrofloramızı normallaşdırmağa başlayırlar. Lakin probiotiklərdə olan faydalı bakteriyalar tez ölməyə başlayır, çünki onlar yalnız PREBiotikləri qəbul edərkən aktiv şəkildə yayıla bilərlər. PREBiotiklər PROBIOTIKLƏRİN qidalanması üçün bir substratdır. Özündə prebiotik və probiotikləri optimal şəkildə birləşdirən belə bir dərman vasitəsi Simflor sinbiotikidir. Yəni sadə dillə desək, bu tərkibində bakteriya və onlar üçün qida olan kapsuldur.
Simflor virus infeksiyalarına qarşı immuniteti necə gücləndirir?
• Əvvəla, bakteriya və viruslar arasında təkamül antaqonizmi var. Probiotiklərin daim qan və limfa ilə dövran edən nukleolitik fermentlər (nukleazlar) istehsal etdiyi aşkar edilmişdir. Bu fermentlər virusların örtüyünü məhv edir. Bundan əlavə, bu fermentlər bədənin virusəleyhinə müdafiəsini əhəmiyyətli dərəcədə artırır və bədənin immun müdafiə mexanizmlərini aktivləşdirir.
• Probiotiklər virusun epitel hüceyrələrinə bağlanmasını, həmçinin xüsusi reseptorlar uğrunda rəqabət prosesinin qarşısını ala bilər.
• Probiotiklərin virusəleyhinə təsiri onların antimikrob peptidlər istehsal etmək, immunoqlobulinlərin sintezini stimullaşdırmaq, virusu zərərsizləşdirməyə kömək etmək qabiliyyəti ilə də əlaqələndirilir.
Simfloru kimə tövsiyə etmək olar?
Aşağıdakı vasitələrdən istifadə edənlər:
- Antibiotiklər
- İshalın müalicəsi
- İşlədici preparatlar (Laksatiflər)
- Sorbentlər
- Rehidron
- Prokinetik və spazmolitiklər
- Proton nasosu inhibitorları
- Qida allergiyası əleyhinə dərmanlar
- Sızanaqlardan müalicə
- Seboreya dermatitinin müalicəsi
- Məzuniyyətə getməyə hazırlaşanlar üçün
Çoxları bilir ki, bağırsaq peristaltikası probleminiz və ya iştaha probleminiz varsa, yaxud bu yaxınlarda antibiotik qəbul etmisinizsə, probiotik kursuna ehtiyacınız vardır. Bu birləşmələr nədir, necə kömək edəcəklər? Təsəvvür edin – çəkinizin təxminən 2 kq ağırlığı dəridə, selikli qişalarda və bağırsaqlarda yaşayan bakteriyalardır. Lakin dərhal narahat olmayın: bu mikroblar bizim dostlarımızdır. Onlar milyonlarla ildir bizimlə yaşayır, sağlamlığımıza hiss ediləcək fayda gətirir. Alimlər bədənin bütün mikrob toplusunu mikrobioma, xüsusən də bağırsaq nümayəndələrini – normal bağırsaq mikroflorası adlandırırlar.
Mikroblar immunitetin formalaşması, inkişafı və möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir, çünki immunitetin 80%-i bağırsaqlarımızda işləyir, qidaları həzm edir, müəyyən vitaminləri (vitamin K və B qrupunun bir hissəsi) sintez edir, bədəni patogen floranın yaratdığı bəzi infeksiyalardan qoruyur, bakteriyaların ifraz etdiyi toksinləri bədəndən çıxarır və bundan əlavə, yaxşı əhval-ruhiyyə yaradır, çünki “sevinc və xoşbəxtlik hormonu” serotonin 95% bağırsaqlarda sintez olunur.
Sinbiotik “Simflor” həm probiotikləri, həm də prebiotikləri özündə cəmləşdirir. Mədə-bağırsaq yoluna daxil olduqda, yalnız mikrofloranın keyfiyyət tərkibi normallaşdırılmır, həm də mühitin pH-ı turşuluğa doğru dəyişdirilir. Nəticədə faydalı bakteriyaların fəaliyyəti artır.
“Simflor”, bağırsaq mikroflorası pozuntularının hərtərəfli düzəldilməsi üçün innovasion yeni nəsil sinbiotik kapsuldur.
Dərmanın tərkibinə bir-birinin fəaliyyətini gücləndirən və tamamlayan 5 probiotik bifidobakteriyalar və laktobakteriyalar, həmçinin qan şəkərini azaldan və arıqlamağa şərait yaradan prebiotik inulin daxildir.
Simflor sinbiotikinin hər kapsulunda 2,5 milyard faydalı bakteriya vardır.
Simflor sinbiotikinin təsirləri:
- Bağırsaqdakı faydalı mikrofloranın nümayəndələrinin çatışmazlığının – bifidobakteriyaların, laktobakteriyaların bərpa edilməsi;
- xəstəliktörədici və şərti patogen bakteriyaların bağırsaqlardan kənarlaşdırılması;
- bağırsaqları zəhərli maddələrdən, allergenlərdən, kanserogenlərdən təmizləmək;
- həzm proseslərinin, ferment sistemlərinin fəaliyyətinin yaxşıladırılması, qida maddələrinin, vitaminlərin mənimsənilməsi;
- immunitetin stimullaşdırılması.