Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.
Bağırsaq florası: bağırsaqlarda olan canlı orqanizmlər toplusudur, sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.