Bağırsaq pozğunluğubackend

Bağırsaq pozğunluğu

Bağırsaq xəstəlikləri necə təzahür edir?

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.
Nəcis ifrazı gün ərzində 3-4 dəfədən çox baş verdikdə bu vəziyyət ishal kimi qiymətləndirilir. Nazik bağırsağın patologiyalarında nəcis duru konsistensiyalı, köpüklü olur. Orada həzm olunmamış qida qalıqları izlənilir. Yoğun bağırsaq xəstəlikləri üçün duru nəcis xarakterik deyil. İfrazatlar az miqdarda, bəzən qan və selik qarışıqlı olur.

Ağrılar, əsasən, yemək yeyən zaman və ya yeməkdən 2-3 saat sonra ola bilər. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar qəbul etməyə tələsmək lazım deyil. Çünki ağrıların müxtəlif dərmanlar vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola, cərrahi əməliyyat aparmaq lazımdırsa, ləngidə bilər.

Bağırsaq xəstəlikləri hansı səbəblərdən yaranır?
• irsi meyllik
• həzm sisteminin digər xəstəlikləri (qastrit, pankreatit)
• bəzi dərman vasitələrinin (məsələn, antibiotiklərin nizamsız qəbulu)
• qeyri-düzgün qidalanma (yağlı, qızardılmış, duzlu, acı yeməklər, yarımfabrikatlar)
• vitamin və mineral çatışmazlığı
• artıq çəki və azhərəkətlilik
• stress amilləri

İltihabi bağırsaq xəstəliklərinin əlamətləri:
İshal (diareya) sutkada 2-4 dəfədən 8-10 dəfəyədək;
– Nəcisdə qan və selik qarışığı;
– Yalançı defekasiya çağırışları (tenezm), demək olar ki, nəcis kütləsi olmadan selik, qan və irinin ayrılması;
– Daha ços spastik olmaqla qarın ağrıları, defekasiyadan əvvəl güclənir və defekasiyadan sonra yüngülləşmirİshal (diareya) sutkada 2-4 dəfədən 8-10 dəfəyədək;

Probiotiklər – insanın bağırsaq mikroflorasını bərpa etmək üçün faydalı olan canlı mikroorqanizmlərdir. Probiotiklər bağırsaqlarımıza düşəndə pis, patogen bakteriyaları məhv edərək mikrofloramızı normallaşdırmağa başlayırlar. Lakin probiotiklərdə olan faydalı bakteriyalar tez ölməyə başlayır, çünki onlar yalnız PREBiotikləri qəbul edərkən aktiv şəkildə yayıla bilərlər. PREBiotiklər PROBIOTIKLƏRİN qidalanması üçün bir substratdır. Özündə prebiotik və probiotikləri optimal şəkildə birləşdirən belə bir dərman vasitəsi Zeflor sinbiotikidir. Yəni sadə dillə desək, bu tərkibində bakteriya və onlar üçün qida olan kapsuldur.

Bu kimi əlamətləri özünüzdə görürsünüzsə Zeflor sizə köməy edəcəkdir.

Zefloru kimə tövsiyə etmək olar?
Aşağıdakı vasitələrdən istifadə edənlər:
• Antibiotiklər
• İshalın müalicəsi
• İşlədici preparatlar (Laksatiflər)
• Sorbentlər
• Rehidron
• Prokinetik və spazmolitiklər
• Proton nasosu inhibitorları
• Qida allergiyası əleyhinə dərmanlar
• Sızanaqlardan müalicə
• Seboreya dermatitinin müalicəsi
• Məzuniyyətə getməyə hazırlaşanlar üçün

Zeflor sinbiotikinin təsirləri:
• Bağırsaqdakı faydalı mikrofloranın nümayəndələrinin çatışmazlığının – bifidobakteriyaların, laktobakteriyaların bərpa edilməsi;
• xəstəliktörədici və şərti patogen bakteriyaların bağırsaqlardan kənarlaşdırılması;
• bağırsaqları zəhərli maddələrdən, allergenlərdən, kanserogenlərdən təmizləmək;
• həzm proseslərinin, ferment sistemlərinin fəaliyyətinin yaxşıladırılması, qida maddələrinin, vitaminlərin mənimsənilməsi;
• immunitetin stimullaşdırılması.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.

image-medium-shot-upset-man-looking-awaybackend

Kişilərdə Cinsi Zəiflik

Kişi sonsuzluğuna nə səbəb olur? Adi xarici intoksikasiyalar (spirtli içki qəbulu və siqaret çəkmək) Profefsisonal xarici intoksikasiyalar (bəzi orqanik və qeyri-orqaniq maddələrin təmas etməsi, şüalanma) İstilik amili (həddən artıq yüksək/aşağı temperaturda iş rejimi, uzun müddətli titrəmə) Cinsi orqanların travması Balanslaşmamış qidalanma Psixoloji gərginlik