Bağırsaq florası nədir ?
Bağırsaq florası: bağırsaqlarda olan canlı orqanizmlər toplusudur. Bu florada neytral, yaxşı və pis bakteriya növləri var. Bu üç qrupun öz daxilində balansı var. Müxtəlif vəziyyətlər bu balansa təsir edə bilər. Zəif qidalanma, stress, hormon qəbulu kimi bir çox faktor flora balansının pozulmasına səbəb ola bilər. Bağırsaq florasında balanssızlıq yaranmağa başlayanda yaxşı bakteriyalar azalmağa, pis bakteriyalar artmağa başlayır. Pis bakteriyaların artması və yaxşı bakteriyaların azalması bəzi simptomlara səbəb olur.
Bağırsaq Florasının pozulmasına nə səbəb olur ?
Bağırsaq florası, sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.
Bəs buna nələr səbəb ola bilər? Sizin üçün aşağıda bu səbəbləri sıralamışıq:
Bağırsaq infeksiyaları: Bağırsaqlardakı infeksiyalar həzmə təsir etmək qabiliyyətinə malikdir. Bu infeksiyalar qızdırma, qarın ağrısı, qusma və ishal kimi hallarla baş verə bilər.
Qidalanma: Düzgün olmayan və qeyri-rasional qidalanma, yağlı, şirin, konservləşdirilmiş, rafinəolunmuş qidaların çox qəbul edilməsi, həmçinin qəbul edilən qidaların tərkibində süd məhsullarının və bitki liflərinin kifayət miqdarda olmaması bağırsağın mikroflorasına çox pis təsir edir.
Xarici amillər: Səyahət və dəyişən hava şəraiti kimi şərtlər ishal və qarın ağrısına səbəb ola bilər.
Şəkərə qarşı həssaslıq: Şəkər həssaslığı bağırsaq florasının balanssızlığına səbəb olan amillər arasındadır. Şəkər həssaslığına baxdığımızda bunun ferment çatışmazlığından əmələ gəldiyini görürük. Bağırsaq florası bu vəziyyətə qaz çıxararaq cavab verir. Bu, mədədə qaz, şişlik və ishal kimi nəticələrə səbəb olur.
Pozulmuş bağırsaq florasını bərpa etmək üçün nə etmək lazımdır ?
Pozulmuş bağırsaq florasını bərpa etmək üçün lazım olan qidalar: süd məhsulları, kətan toxumu, kartof, yaşıl alma və çuğundura üstünlük vermək lazımdır.
ZedPharma firmasının sizin üçün təklif etdiyi Sinbiotik “Simflor” həm probiotikləri, həm də prebiotikləri özündə cəmləşdirir. Mədə-bağırsaq yoluna daxil olduqda, yalnız mikrofloranın keyfiyyət tərkibi normallaşdırılmır, həm də mühitin pH-ı turşuluğa doğru dəyişdirilir. Nəticədə faydalı bakteriyaların fəaliyyəti artır.
“Simflor” bağırsaq mikroflorası pozuntularının hərtərəfli düzəldilməsi üçün innovasion yeni nəsil sinbiotik kapsuldur.
Dərmanın tərkibinə bir-birinin fəaliyyətini gücləndirən və tamamlayan 5 probiotik bifidobakteriyalar və laktobakteriyalar, həmçinin qan şəkərini azaldan və arıqlamağa şərait yaradan prebiotik inulin daxildir.
Simflor sinbiotikinin hər kapsulunda 2,5 milyard faydalı bakteriya vardır.
Simflor sinbiotikinin təsirləri:
- Bağırsaqdakı faydalı mikrofloranın nümayəndələrinin çatışmazlığının – bifidobakteriyaların, laktobakteriyaların bərpa edilməsi;
- Xəstəliktörədici və şərti patogen bakteriyaların bağırsaqlardan kənarlaşdırılması;
- Bağırsaqları zəhərli maddələrdən, allergenlərdən, kanserogenlərdən təmizləmək;
- Həzm proseslərinin, ferment sistemlərinin fəaliyyətinin yaxşıladırılması, qida maddələrinin, vitaminlərin mənimsənilməsi;
- İmmunitetin stimullaşdırılması.
Hər zaman sağlam qalmanız diləyi ilə !