image-skin-conditions_1271244-259950backend

Dəri quruluğu və bərpası

Bir çox halda, dəri quruluğu problemi bədənin dəri örtüyünün maksimal nazik olduğu və ya daha çox xarici amillərin təsirinə məruz qaldığı sahələrində əmələ gəlir. Ekzema və atopik dermatitdən başqa dərinin qurumasına səbəb ola biləcək bir sıra səbəbər mövcuddur:

  • Antibakterial kremdən və ya sabundan tez-tez istifadə olunması hidrolipid mantiyasını məhv edir və dəri qiymətli mayeni itirir. Bir çox halda, bu problem peşə probleminə çevrilir və bir çox həkimlərdə rast gəlinir.

 

  • Kimyəvi reagentlərlə, boyalarla təmas – bununla həm əlcəksiz məişət kimyəvi vasitələrdən istifadə edən evdar qadınlar, həm də aqressiv tərkiblərlə işləmək məcburiyyətində olan mütəxəssislər qarşılaşa bilər.

 

  • Qışda aktiv şəkildə istilik sisteminin, yayda isə kondisionerin istifadə edildiyi otaqda quru hava. Bu cür olan halda, dəri mayeni onun daha da az olduğu yerdən verməyə məcbur olur.

 

  • Yandıran günəş, külək, qar, qəfil temperatur dəyişikliyi də əllərin dərisinin müdafiə xüsusiyyətlərinə mənfi təsir göstərir. Maye itkisi xüsusilə qışda əlcək taxmadığımız zaman ağırlaşır.

 

Quru dəri daha diqqətli qulluq tələb edir. Onu təmizləyərkən, prosedur miqdarının və onların intensivliyi dərəcəsinin həddindən artıq olmaması əhəmiyyətlidir, nəmləndirmə və qidalandırma üçün isə epidermisə yaxın komponentli vasitələri seçmək lazımdır. Quru dəri qaşınmaya, qabıq verməyə, yandırmaya səbəb ola bilər ki, bu da diqqəti gündəlik tapşırıqların həll olunmasından yayındıra bilər. Soyuq və küləkli hava şəraiti, yuyucu tozlar, məişət işləri dərimizdə quruluğa, əl və ayaqlarımızda çatlara səbəb olur. Dərini yumşaltmaq, nəmləndirmək və bərpa etmək üçün RAPİDER kremi sizə kömək edəcək. Tərkibində unikal özəl formulaya (Mofeks) və bioloji aktiv komponentlərə (Lanovazelin) görə Rapider Baryer kremi zədələnmiş dəridə baryer qatı yaradaraq dərini yumşaldır və qoruyur, yaranın sağalma prosesini sürətləndirir və dərinin yenilənməsini təmin edir.

İstifadə qaydası:

  • Nazik qatla gündə 2 dəfə sürtülür. Çat varsa krem sürtüldükdən sonra streç film ilə bağlamaq daha yaxşı təsir gösdərcəkdir.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.

Bağırsaq pozğunluğubackend

Bağırsaq pozğunluğu

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.