Qan azlığı (Anemiya) nədir?
Qan azlığı (Anemiya) hüceyrələrə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin olmadığı bir vəziyyətə deyilir. Əslində oksigeni özünə birləşdirən və hüceyrələrə daşıyan qırmızı qanın əsasını təşkil edən hemoqlobindir. Qanazlığı xəstəliyi qanın qırmızı qan hüceyrələri adlanan eritrositlərin və bədən hüceyrələrini oksigenlə təmin edən hemoqlobin zülalının miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir. Anemiya qan dövranında olan qırmızı qan hüceyrələrinin sayında azalma olduqda meydana gəlir. Ümumiyyətlə bədənin sağlam qırmızı qan hüceyrələri istehsal etmə qabiliyyəti digər xəstəliklərdən qaynaqlandıqda və ya anormal şəkildə artan qırmızı qan hüceyrələrinin məhv edilməsi və ya itkisi olduqda baş verir. Dünya əhalisinin təxminən 24.8% -i Anemiyadan əziyyət çəkir.Məktəbəqədər uşaqlarda anemiyaya daha cox rast gəlinir.
Anemiyanı yaradan səbəblər nələrdir?
Bədənin yaşaması üçün qırmızı qan hüceyrələrinə ehtiyacı var. Qırmızı qan hüceyrələrində dəmir molekullarını ehtiva edən kompleks bir protein olan hemoglobin var. Hemoglobin molekulları oksigeni ağ ciyərdən bədənin qalan hissəsinə daşıyır. Anemiya qanda kifayət qədər qırmızı qan hüceyrəsi olmadıqda meydana gəlir. Anemiyanın bir çox növü var və anemiya xəstəliyini yaradan səbəblər müxtəlifdir. Bəzən dəqiq səbəbi təyin etmək də çətin ola bilər. Bəs anemiyaya nələr səbəb ola bilər?
- Bədənin kifayət qədər qırmızı qan hüceyrəsi istehsal edə bilməməsi.
- Qanama səbəbiylə qırmızı qan hüceyrələrinin itirilməsi.
- Bədəndə normaldan daha qısa müddətdə qırmızı qan hüceyrələrinin məhv edilməsi.
Müxtəlif anemiya növləri fərqli səbəblərdən qaynaqlanır. Anemiya növləri ilə əlaqəli bəzi səbəblər bunlardır:
- Dəmir çatışmazlığı anemiyası: Dəmir çatışmazlığı anemiyası ən çox görülən anemiya növüdür. Dəmir çatışmazlığı anemiyası orqanizmdə dəmir çatışmazlığından qaynaqlanır. Sümük iliyinin qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu hemoglobini meydana gətirməsi üçün dəmir lazımdır. Kifayət qədər dəmir olmasa, qırmızı qan hüceyrələrinin istehsalı üçün lazım olan hemoglobin meydana gələ bilməz. Bu tip anemiya, dəmir preparatı qəbul etməyən bir çox hamilə qadınlarda olur. Bundan əlavə, menstrual qanaxma, mədə xorası və xərçəng dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər.Böyüklərdə DDA əsasən 4 səbəbdən inkişaf edir:
► Xronik qanitirmələr
► Dəmirin sorulmasının pozulması
► Dəmirə artmış tələbat
► Dəmirin alimentar çatmazlığı - Vitamin çatışmazlığı anemiyası: Bədəndə dəmirdən başqa kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal etmək üçün fol turşusu və B12 vitamini lazımdır. Bu vitaminlərin çatışmazlığı olan bir pəhriz qırmızı qan hüceyrəsi istehsalının azalması ilə nəticələnə bilər. Ayrıca, kifayət qədər B12 qəbul edən bəzi insanlar, bağırsaqdakı vitaminləri qəbul etməkdə çətinlik çəkirlər. Bu malabsorbsiya, zərərli anemiya olaraq da bilinən B12 vitamini çatışmazlığı anemiyasına səbəb ola bilər.
- Xroniki xəstəlik anemiyası: Xərçəng, HİV / AİDS, revmatoid artrit, böyrək xəstəliyi, Kron xəstəliyi kimi bəzi iltihablı xəstəliklər qırmızı qan hüceyrələrinin istehsalını maneə törədə bilər.
- Aplastik anemiya: Aplastik anemiya nadir, lakin həyati təhlükəsi olan bir anemiya növüdür. Bədənin kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etmədiyi zaman meydana gəlir. Aplastik anemiyanın səbəbləri arasında infeksiyalar, bəzi dərmanlar, autoimmün xəstəliklər və zəhərli kimyəvi maddələrə məruz qalma var.
- Sümük iliyi xəstəliyi ilə əlaqəli anemiyalar: Leykemiya və mielofibroz kimi müxtəlif xəstəliklər sümük iliyində qan hüceyrələrinin əmələ gəlməsini təsir edərək anemiyaya səbəb ola bilər. Bu növ xərçənglərin və xərçəngə bənzər xəstəliklərin təsiri yüngül və ya həyati təhlükə ola bilər.
- Hemolitik anemiyalar: Hemolitik anemiyalar, qırmızı qan hüceyrələrinin məhv edilməsi həmin hüceyrələrin yaranmasından daha sürətli olduqda meydana gəlir. Bəzi qan xəstəlikləri qırmızı qan hüceyrələrinin məhv edilməsini artırır. Hemolitik anemiya valideynlərdən keçə bilər və ya daha sonra baş verə bilər.
Qan azlığının təbii yolla müalicəsi
Qan azlığının təbii yolla müalicəsi zamanı dəmirin orqanizm tərəfindən tam sorulması üçün təbii vitamin C və vitamin B 9 (fol turşusu) ilə zəngin bitkilərin qəbulu əsas götürülmüşdür.
Belə ki, qan azlığı üçün dərmanlar insanlar tərəfindən özbaşına və uzunmüddətli qəbul olunduqda onlar orqanizm tərəfindən tam mənimsənilə bilmir. Bəzən qan azlığı üçün dərman ilə yanaşı təyin olunan C vitamininin aşırı miqdarı böyrəklərdə oksalat daşlarının toplanmasına qədər gətirib çıxarır.
Qan azlığının təbii yolla müalicəsi zamanı isə təbii C vitamini orqanizm tərfindən tam mənimsənildiyi üçün dəmirin də mədə və bağırsaqlar tərəfindən rahat və tam həzm olunmasına şərait yaradır. Qan azlığının təbii müalicəsi zamanı qida rasionunda itburnu, böyürtkən, qara qarağat, çuğundur, sütül qoz, qara gavalı, qara kişmiş, qarabaşaq kimi təbii vitamin və dəmir deposu hesab edilən bitkilərin qəbuluna üstünlük verilməlidir.
Səhərlər acqarına tərkibi dəmir, kalium, kalsium, maqnezium, fosfor, sink kimi mikroelementlərlə, C, A, B, E, PP kimi vitaminlərlə zəngin çuğundur, alma, kök şirəsindən istifadə etmək qanazlığı müalicəsi üçün sınanmış və effektiv vasitələrdir.
Qan azlığını aradan qaldırmaq üçün bir çox hallarda qida əlavələri məsləhət görülür. Zedpharma firmasının ZİRON qida əlavəsi də həkimlər tərəfindən məsləhət görülən təsirli bir vasitədir. Bu qida əlavəsini bütün apteklərdən reseptsiz də əldə etmək olar.
QİDALANMA
Qan azlığımüalicəsi zamanı gündəlik qida rasionunuzu mal əti, dəmir deposu hesab olunan heyvan və toyuq qaraciyəri, qarabaşaq, qırmızı mərci, lobya şorbası, vitamin qaynağı hesab olunan kələm, kök, xiyar, pomidor, kahı, brokkoli və s. kimi tərəvəz və göyərtilərdən hazırlanmış salatlarla zənginləşdirsəniz, tez bir zamanda xəstəlikdən və onun əlamətlərindən qurtulmuş olacaqsınız.