image-picture1backend

E vitamini çatışmazlığı orqanizmdə nələrə səbəb olur?

E vitamini sağlam dərinin qorunmasında mühüm rol oynayır. Onun çatışmazlığı ilə dəri quru və solğun ola bilər. E vitamini görmə kəskinliyi, əzələ tonusu və bədəndəki bir çox digər funksiyalar üçün də vacibdir. Buna görə də səviyyənizi izləmək vacibdir, çünki E vitamininin həm çatışmazlığı, həm də artıqlığı problemlər yarada bilər.

E vitamini səkkiz kimyəvi formada mövcuddur, onların hər biri fərqli bioloji aktivliyə malikdir. E vitamini hüceyrə membranlarını oksidləşmədən və məhv olmaqdan qoruyan yağda həll olunan birləşmədir. Bu vitamin orqanizmdə sintez olunmur. E vitamini çatışmazlığı bulanıq görmə, zəiflik, əzələ gücünün azalması, əzalarda uyuşma, zəif koordinasiya, quru dəri və piqmentasiya kimi özünü göstərə bilər.

E vitamini yağ toxumasında, qaraciyərdə və əzələlərdə toplanır. Yetkinlərdə E vitamininin normal səviyyəsi 5,5-17 mkq/ml təşkil edir. E vitamini üçün gündəlik tələbat kişilər, qadınlar və hamilə qadınlar üçün 15 mq, süd verən analar üçün isə 19 mq təşkil edir.

E vitamininin həddindən artıq qəbulu ishal, qusma, şişkinlik və qan təzyiqinin artmasına səbəb ola bilər.

 

E vitamininin çatışmazlığı səbəbləri: 

  1. Qida ilə daxil olmaması
  2. Sovrulma çatışmazlığı
  3. Ödün az miqdarda yaranması və bağırsağa axması
  4. Qanda spesifik zülalların azalması

E vitaminin çatışmazlığında risk qrupları:

  • Siqaret çəkənlər
  • Ürək-damar xəstəlikləri olanlar
  • Lipid mübadiləsinin pozulması
  • Ağır xəstəlikləri olan və natamam qida

E vitamini qida ilə daxil olmadığı üçün, köməyinizə Tokofer preparatı çatacaq.

Tərkibi: VİTAMİN E ( ALFA-TOKOFEROL ASETAT) –  150 mq (326 BV)

Buraxılış forması: Kapsul № 30

Istehsalçı: Botapharma, Türkiyə

Qəbulu: Tokofer preparatı yemək zamanı qəbul olunur

 Əks göstərişləri: Dərman komponentlərinə qarşı yüksək həssaslıq; kəskin miokard infarktı, kardioskleroz;

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr