Uzun müddət ac qalmaq və həkim nəzarəti olmadan pəhriz saxlamaq təhlükəlidir, çünki normal qidalanmaya keçdikdən sonra insanların 80 % – i əvvəlkindən daha çox yemək yeməyə başlayır.
Uzun müddət davam edən mikroelementlər və vitaminlərin çatışmazlığı xəstəliklərə səbəb ola bilər. Ac qalmaq
xroniki qastritlərin kəskinləşməsinə, mədə və onikibarmaq bağırsaqda xora xəstəliyinin yaranmasına, hətta öd daşı xəstəliyinin yaranmasına səbəb olur. Birdən-birə ac qalanda hətta arıq orqanizmdə qaraciyər piylənməsi inkişaf edə bilir”.
Sağlam olmayan pəhrizlər nəticəsində orqanizm lazımi vitamin və mineralları qəbul etmir, nəticədə immun sistemi zəifləyir. Yalnız tərəvəz və meyvələrdən hazırlanmış şirələr içməklə saxlanılan detoks pəhrizlər də faydalı deyil.
Bəzi insanlar hətta bir qida seçərək mono pəhriz saxlayırlar. Belə olanda isə, orqanizm istər-istəməz müəyyən vitaminlərdən məhrum olur. Hər məhsuldan müəyyən qədər istifadə etməklə sağlam arıqlamaq mümkündür.