image-ruf_9661-1200x630backend

Anemiya simptomları və müalicəsi

   Anemiya qan xəstəlikləri arasında ən məşhurudur və dünyanın ¼ hissəsi bu narahatlıqdan əziyyət çəkir. Dünyada qanda dəmir çatışmazlığı səbəbindən inkişaf edən anemiyadan əziyyət çəkən insanların sayı isə 1 milyarddan artıqdır. Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, “Dəmir defisitli anemiya” adlanır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur.

Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar da çoxluq təşkil edir. Hamilələrdə qadın həm özünü, həm də körpəni dəmirlə təmin etməlidir. Doğuş zamanı körpədə anadan alınan 300 mq dəmir toplanır. Yenidoğulmuşlar üçün dəmir mənbəyi ana südüdür. Fe sinir toxumasının da formalaşmasında iştirak edir.

Qan azlığının müalicəsi üçün hemoqlobinin əsasını təşkil edən “hem” – yəni dəmirin orqanizmə lazım olan miqdarda daxil olmasını təmin etmək lazımdır. Orqanizm tərəfindən rahat mənimsənilən dəmir elementi bitki ve heyvan mənşəli bir çox məhsulların əsas tərkib hissəsidir. Qan azlığının təbii yolla müalicəsi zamanı təbii vitamin C orqanizm tərəfindən tam mənimsənildiyi üçün dəmirin də mədə və bağırsaqlar tərəfindən rahat və tam həzm olunmasına şərait yaradır. Qan azlığının təbii müalicəsi zamanı qida rasionunda itburnu, böyürtkən, qara qarağat, çuğundur, sütül qoz, qara gavalı, qara kişmiş, qarabaşaq kimi təbii vitamin və dəmir deposu hesab edilən bitkilərin qəbuluna üstünlük verilməlidir.

Əgər özünüzdə tez-tez halsızlıq, yorğunluq, sümük ağrıları, əzələ və toxumalarda narahatçılıq hiss edirsinizsə, demək ki, yedimiz qidalardan kifayət qədər mineral ala bilmirsiniz. Bu zaman sizin köməyinizə Zed Pharma məhsulu olan “Ziron” qida əlavəsi çatacaq. Bəs bu preparatın istifadə qaydası necədir ?

  • 1 həb gündə 2-3 dəfə yeməkdən 1 saat əvvəl və ya yeməkdən 2 saat
    sonra qəbul olunur.

“Ziron” qida əlavəsini aşağıdakı hallarda qəbul etmək olar:

  • Fe defisitli anemiya
  • Hamiləlik və laktasiya zamanı
  • Xroniki qan itirmə

Orqanizmdə çatışmayan vitaminlər immunitet sisteminin zəifləməsinə və bununla da xəstəliklərə qarşı daha həssas olmağımıza şərait yaradır. Sağlamlığın qorunması üçün bədənin günlük vitamin ehtiyacını qarşılaması vacibdir. Gündəlik vitamin və mineral ehtiyacı qarşılanmadıqda isə orqanizm normal fəaliyyətini düzgün davam etdirə bilmir. Belə ki, Ziron qida əlavəsi olduqca zəngin tərkibi ilə, sizin xəstəliklərdən qorunmağınıza kömək edəcək.

     Tərkibi:

  • Fe++ qlükonat 159 mq
  • Fol turşusu 200 mkq
  • B12 vitamini 2 mkq
  • C vitamini 30 mq

Onu da qeyd edək ki, əlavə narahatçılığınız olduğu təqdirdə həkiminizlə danışmağı tövsiyyə edirik.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.

Bağırsaq pozğunluğubackend

Bağırsaq pozğunluğu

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.

image-medium-shot-upset-man-looking-awaybackend

Kişilərdə Cinsi Zəiflik

Kişi sonsuzluğuna nə səbəb olur? Adi xarici intoksikasiyalar (spirtli içki qəbulu və siqaret çəkmək) Profefsisonal xarici intoksikasiyalar (bəzi orqanik və qeyri-orqaniq maddələrin təmas etməsi, şüalanma) İstilik amili (həddən artıq yüksək/aşağı temperaturda iş rejimi, uzun müddətli titrəmə) Cinsi orqanların travması Balanslaşmamış qidalanma Psixoloji gərginlik