image-goyertibackend

Göyərtinin sağlamlıq üçün faydası – Hər gün yeyin!

Göyərti sağlam qidalanmanın ayrılmaz hissəsidir. Müasir diyetoloqlar hər gün mümkün qədər çox göyərti yeməyi tövsiyə edirlər.

Görəsən, həkim və diyetoloqların göyərtiyə olan sevgisinin səbəbi nədədir?

Zedpharma.az “Saglamolun.az”a istinadən xəbər verir ki, mütəxəssislər göyərtinin əsas 3 faydalı xüsusiyyətini qeyd edir.

  • 1. Göyərti maqneziumla zəngindir. Bu maddə sakitləşdirir, kalsiumla birlikdə sümükləri möhkəmləndirir, əzələ spazmlarını və ağrıları azaldır.

Həmçinin maqnezium ürəyin normal fəaliyyəti və damarların sağlamlığı üçün çox vacibdir. Sübut olunub ki, qida ilə kifayət qədər maqnezium alan insanlarda ürək-damar xəstəliklərinin riski 22% daha azdır.

  • 2. Göyərti əla prebiotikdir. Prebiotiklər bağırsaqlarda yaşayan faydalı mikrobların çoxalmasını təmin edir. Sadə dildə desək, prebiotiklər bu mikrobların qidasıdır.

Bağırsaqlarımızda 2 kq qədər mikrob yaşayır. Bu mikrobların insanın həyatında və sağlamlığında rolu o dərəcədə böyükdür ki, alimlər bağırsaqların mikrobiotanı hətta ayrı orqan kimi hesab etməyi təklif edir.

Bağırsaq mikroblorasının pozulması dəri problemlərdən tutmuş immunitetin zəifləməsi və depressiyaya qədər müxtəlif problemlərə səbəb olur.

  • 3. Liflərlə zəngin olan göyərti bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı təzə göyərti yemək olmaz.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.

Bağırsaq pozğunluğubackend

Bağırsaq pozğunluğu

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.

image-medium-shot-upset-man-looking-awaybackend

Kişilərdə Cinsi Zəiflik

Kişi sonsuzluğuna nə səbəb olur? Adi xarici intoksikasiyalar (spirtli içki qəbulu və siqaret çəkmək) Profefsisonal xarici intoksikasiyalar (bəzi orqanik və qeyri-orqaniq maddələrin təmas etməsi, şüalanma) İstilik amili (həddən artıq yüksək/aşağı temperaturda iş rejimi, uzun müddətli titrəmə) Cinsi orqanların travması Balanslaşmamış qidalanma Psixoloji gərginlik