piylenmebackend

Piylənmənin səbəbləri nədir ?

Piylənmənin səbəbləri nədir ?

Piylənmə müasir dövrün aktual problemlərindən biridir.

Piylənmə yağların yığılması və piy toxuması hesabına bədən çəkisinin artması sayılır. Piy toxumaları həm fizioloji zonalarda, həmçinin süd vəziləri, bud və qarın nahiyələrində yığıla bilər. Piylənmə piy toxumasının miqdarına görə – dərəcələrə, onun əmələ gəlmə səbəblərinə görə isə tiplərə bölünür.

Mərkəzi piylənmə – qarın nahiyəsində piy yığıntılarının əmələ gəlməsi deməkdir. Piylənmənin ən təhlükəli növüdür, statistikaya əsasən ürək xəstəlikləri, arterial təzyiq və şəkərli diabetin olma riskini artırır. Belə növ piylənmə belin ölçüsünün budların ölçüsündən qadınlar üçün 0.9, kişilər üçün isə 1 dəfə artıq olduqda müşahidə olunur.

 

Piylənmə aşağıdakı hallarda müşahidə oluna bilər:

  • qəbul olunmuş qida ilə sərf olunmuş enerji arasında tarazlıq pozulduqda;
  • mədəaltı vəzi, qara ciyər, nazik və yoğun bağırsaqda pozulma zamanı;
  • genetik pozğunluqlar zamanı.

 

Piylənməyə meyllilik yaradan faktorlar:

  • hipodinamiya (fiziki hərəkətlərin azalması);
  • genetik faktorlar, məsələn; lipogenez fermentlərinin yüksək fəallığı, lipoliz fermentlərinin fəallığının azalması;
  • asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, məsələn; şirin içkilər, şəkərlərlə zəngin pəhriz;
  • bəzi xəstəliklər, əsasən də endokrin xəstəlikləri (hipoqonadizm, hipotireoz, insulinoma);
  • qida qəbulunun pozulmas;
  • stressə meyllilik;
  • doyunca yatmama;
  • psixotrop vasitələr.

 

ZED Pharma sizlərə piylənməni dərd etməyəcəyiniz DETRİMAKS D vitaminini məsləhət görür.

Piylənmə əleyhinə vitamin
DETRİMAKS D vitamini

 

5ml həcmdə, 50000 dozada olan bu vitaminin üstünlüyü ondan ibarətdir ki, əgər siz yağlı məhlul içməkdə çətinlik çəkirsinizsə, dozası və keyfiyyəti dəyişməz qalan, lakin həcmi az olan bu vitamini daha rahat qəbul edə biləcəksiniz.

 

 

 

Göstərişlər:

  • D hipo və avitaminozu
  • Raxitlik
  • Osteoporoz
  • Malabsorbsiya
  • Piylənmə

Tərkibi:

  • Xolekalsiferol 50 000 BV 5 ml

İstifadə qaydası:

  • Profilaktika məqsədi ilə 4-7 damla mütəmadi
  • D vitaminin çatışmazlığında gündə 22 damla və yaxud həftədə bir flakon qəbul olunur
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.