- Gün ərzində bir neçə litr su içmək sağlamlığa müsbət təsir edir. Çünki, su insanın enerjisini artırır,arıqlamağa kömək edir, hətta xərçəngin qarşısını alır. Bəs suyu nə zaman qəbul etmək lazımdır?
Gecə bədən uzunmüddətli susuz qaldığından, çalışın səhərlər 200-400 mlt su için;
Səhər yuxudan oyanan kimi 2 stəkan su için. Bu daxili orqanlarınızın fəaliyyətini yaxşılaşdıracaq;
Yeməkdən 30 dəqiqə əvvələdək su için. Bu metabolizmanı və həzm-qida traktının fəaliyyətini gücləndirəcək;
Yemək zamanı istədiyiniz qədər su için. Çünki yemək zamanı “su içmək olmaz” mifinin elmi əsası yoxdur.Bu zaman qida yemək borusundan mədəyə asanlıqla keçəcək, həzmə kömək edəcək. İri tikələrin parçalanmasına yardımçı olacaq. Odur ki, istədiyiniz zaman su için;
Vanna qəbu etməzdən öncə də 1 stəkən su qəbul edin. Bu sizin arterial təzyiqinizi aşağı salmağa kömək edəcək;
Yatmazdan əvvəl 1 stəkan su içmək təkcə dərin yuxu gətirmir, həmçinin ürəyin fəaliyyətini də yaxşılaşdırır;
Əgər əhval-ruhiyyəniz yaxşı deyilsə, həmən su için. ABŞ-ın nüfuzlu Konnektikut Universitetinin alimlərinin ötən il apardığı araşdırmaların nəticələrinə görə, mayenin adekvat qəbul edilməsi əhval-ruhiyyəni yaxşılaşdırır.