image-man-suffering-from-headache-turning-off-alarm-clock-bed-night-selective-focus_495423-70762backend

Yuxusuzluq problemi, yuxu pozulmaları

Yuxusuzluq yuxuya getmənizin çətinləşməsi və ya çox erkən oyanaraq yenidən yuxuya gedə bilməməniz kimi halların ümumiləşdirildiyi bir yuxu xəstəliyidir. Təbii ki belə hallarda insan yuxudan oyandıqdan sonra özünü çox əzgin və yorğun hiss edəcəkdir. Bu çox önəmli bir problemdir. Çünki yuxusuzluq yalnız enerji səviyyənizə və əhvalınıza deyil, həmçinin sağlamlığınıza, işinizə və həyat keyfiyyətinizə də ciddi təsir edib, iş keyfiyyətinizi azalda bilər.

Yuxunun müddəti hər kəsdə fərqli olur, ancaq böyüklərin əksəriyyəti gecə yeddi-səkkiz saatlıq bir yuxuya ehtiyac duyurlar. Ümumiyyətlə, yuxusuzluq stressin və ya baş vermiş travmatik bir hadisənin nəticəsidir. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən uzunmüddətli (xroniki) yuxusuzluq halları da görülə bilər. Bu əsas problem ola bilməklə yanaşı, digər tibbi şərtlər və ya dərmanlarla da əlaqəli ola bilir.

Yuxusuzluq simptomları aşağıdakılarıdır:

  • Gecələr yuxuya getməkdə çətinlik;
  • Gecə yuxudan oyanmaq;
  • Erkən yuxudan oyanmaq;
  • Gecə yuxusundan sonra yaxşı istirahət etmiş olmamaq;
  • Gündüz yorğunluq və ya yuxululuq;
  • Qıcıqlanma, depressiya və ya narahatlıq;
  • Diqqəti cəmləməkdə çətinlik, tapşırıqlara diqqət yetirə bilməmək və ya yadda saxlaya bilməmə;
  • Artan səhvlər və ya qəzalar;
  • Davam edən yuxu narahatlığı və s.

Yuxusuzluq və səbəblər

Xroniki yuxusuzluq ümumiyyətlə stress, həyat hadisələri və ya yuxunu pozan vərdişlərin nəticəsidir. Problemi yaradan əsas səbəbi müalicə etmək yuxusuzluğu aradan qaldıra bilər. Ancaq onu da qeyd edək ki, bəzən bu hal illərlə belə davam edə bilir

Xroniki yuxusuzluğun ümumi səbəblərinə aşağıdakılar daxildir:

Stressli iş: Məktəb, sağlamlıq, maliyyə və ya ailə ilə bağlı narahatlıqlar gecə saatlarında beyninizi aktiv saxlaya bilər ki, bu da yuxunu çətinləşdirə bilən səbəblərdəndir.

Stressli həyat hadisələri və ya travma: Yaxın bir insanın ölümü və ya xəstəliyi, boşanma və ya iş itkisi kimi hadisələr də yuxusuzluğa səbəb ola bilər.

Səyahət və ya iş qrafiki: Sirkard ritm yuxu oyanışı, maddələr mübadiləsi və bədən istiliyi kimi şeyləri rəhbər tutaraq daxili bir saat rolunu oynayır. Vücudunuzun sirkadiyalı ritmlərini pozmaq yuxusuzluğa səbəb ola bilər. Səbəblərə çox vaxt fərqli saat qurşaqları arasında səyahət, gecə və ya erkən saatlarda növbədə işləmək və ya tez-tez dəyişən növbələrin olması daxildir.

Zəif yuxu vərdişləri: Zəif yuxu vərdişləri arasında nizamsız bir yataq cədvəli, boşluqlar, yatmazdan əvvəl stimullaşdırıcı fəaliyyətlər, narahat bir yuxu mühiti və yataqda işlərinizlə məşğul olmaq, yemək yemək və ya televizor izləmək daxildir. Yatmazdan əvvəl istifadə olunan kompyuterlər, televizorlar, video oyunlar, smartfonlar və ya digər ekranlar yuxu dövrünüzə müdaxilə edə bilər.

Əgər sizin də gün ərzində yuxusuzluq və stress kimi problemləriniz varsa Təbii sakitləşdirici Zedasan preparat ilə gündəlik həyatın stressi, narahatlığı və gərginliyindən uzaqlaşa bilərsiz!

Göstərişlər:

  • Nevrozlar
  • Stress
  • Həyəcan
  • Yuxu pozuntusu
  • Neyrosirkulyator distoniya
  • Klimakterik sindrom

  Zedasan yuxu gətirən vasitə deyil. Yalnız gərginliyi, qorxu  hissini aradan götürərək yuxuya getməyi asandlaşdırır, bu səbəbdən Zedasanı günün istənilən vaxtı qəbul etmək olar. Və nəqliyyat vasitəsi idarə ederkəndə  istifadəsi mümkündür

İstifadə qaydası:

  • 1 kapsul gündə 2-3 dəfə yeməkdən sonra qəbul olunur

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr