image-baliq-yagibackend

Balıq yağının faydaları

  1. Balıq yağı digər yağlar kimi 2 hissədən ibarətdir – yağ turşularından və qatışıqlardan. Balıq yağının tərkibində çox miqdarda Omeqa-3 yağ turşuları və Omeqa-6 yağlar vardır: “Omeqa-3 və Omeqa-6 yağlar – əvəzedilməz yağlardır və orqanizmə hər gün daxil olmalıdır, çünki orqanizm onları sintez edə bilmir. Bütün bu yağlar balıq yağında var. Omeqa-6 xüsusi əhəmiyyətə malik deyil, onu digər bitki tərkibli yağlardan almaq olur. Amma Omeqa-3 (EPA və DHA yağ turşuları) bitki yağlarından almaq mümkün deyil”.

 

Sürətli böyümə və artan aktivlik səbəbindən uşaqlar böyüklərdən daha çox enerji və qida maddələrinə ehtiyac duyurlar. Bu səbəbdən balıq yağı uşaqların sürətli inkişafını təmin edən və onların aktiv həyatını dəstəkləyən mühüm enerji mənbəyidir. Bundan əlavə, uşaqların böyümə və inkişaf müddətində balıq yağının qeyri-kafi qəbulu böyümə və inkişafı ləngidir.

Bununla yanaşı, A vitamini ilə zəngin olan balıq yağı uşaqların göz sağlamlığını qoruyur və görmə qabiliyyətlərini gücləndirir. Zəngin D vitamini qaynağı olduğu üçün sümüklərin möhkəmlənməsinə də böyük töhfə verir. Tərkibindəki zəngin maddələr sayəsində uşaqların immunitetini gücləndirir və onları qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.