fol turşusubackend

 Fol turşusunun faydaları nədir?

 Fol turşusunun faydaları nədir?

Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu, sağlam sinir sistemi üçün vacib olan B vitaminləri qrupunun başqa bir üzvüdür. Fol turşusu hamiləliyin gedişi və sonunu yaxşılaşdıran ən vacib maddələr toplusu hesab edilir. Fol turşusunun defisiti ana və dölün qanında patoloji dəyişikliklərə, cift və uşaqlıqda yeni damarların əmələ gəlməsinin pozulmasına, erkən doğuşlara, döldə ağır patologiyalara səbəb ola bilər.

Hazırkı dövrdə B9 vitamininin çatışmazlığı hamilə qadınlar arasında ən geniş yayılmış hipovitaminozdur. O, özünü ümumi zəiflik, başgicəllənmə və başağrıları, çəkinin azalması, anemiya, tromboza meyllik, immunitetin azalması, mərkəzi sinir sisteminin funksiyalarının pozulması, əsəbilik, depressiya, nevroz, yaddaşın pisləşməsi, aqressivlik, bayılma, nevrit kimi göstərə bilər.

Fol turşusu zülal və nuklein turşularının (DNT və RNT) sintezində iştirak edir və bununla da onun hüceyrələrin bölünmə və regenerasiyasındakı istisna rolu izah edilir.

Onu da qeyd edək ki, Fol turşusunun köməyi ilə orqanizm bir sıra yeni hüceyrələri yaratmağa nail olur. Xüsusilə də qırmızı qan hüceyrələrinin əmələ gəlməsi üçün təsirlidir. Fol turşusunun orqanizmdə kifayət qədər olmaması anemiya kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Folzed ilə sağlam və təhlükəsiz hamiləlik dövrü keçirəcəksiniz.

Fol turşusu
Fol turşusunun faydaları

Göstərişlər:

  • Fol turşusu defisiti
  • Hamiləliyə hazırlıq dövrü
  • Hamiləlik
  • Laktasiya dövrü
  • Meqaloblast anemiya
  • Metotreksatla müalicədən sonra

Tərkibi:

  • Fol turşusu 400 mkq
  • Yod 200 mkq

İstifadə qaydası:

  • 1 həb gündə 1 dəfə qəbul olunur
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.