Qida əlavəsi nədir ?
Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. Həmin məhsulların əsas qidalandırıcı komponentlərindən olan vitaminlər orqanizmin məhdud miqdarda tələb etdiyi üzvi maddələrdir.
Niyə qida əlavəsi qəbul etməliyik ?
Qida əlavələri orqanizm üçün faydalıdır. Belə ki, özünüzü yorğun hiss edirsinizsə, tez-tez baş gicəllənməsi olursa, səbəbi qan azlığı ola bilər. Qida əlavəsi qəbul edərək hipotoniya, yorğunluq kimi halları aradan qaldıra bilərsiniz.
Bununla yanaşı, minerallar orqanizmdə gedən maddələr mübadiləsində əvəzedilməz rol oynayır. Mineral çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Orqanizmin minerallara olan gündəlik tələbatı təbii qidalanma yolu ilə ödənilmədikdə sümük, əzələ, sinir toxumalarında ciddi fəsadlara səbəb olur.
Bioloji fəallığa malik qida əlavələrinin qəbulunda əsas məqsəd qida rasionunu zənginləşdirməkdir. Yəni onlar dərman vasitəsi kimi qəbul olunmur. Buna görə də hər hansı xəstəliyin müalicəsində istifadə olunmur.
Qida əlavəsi necə qəbul olunmalıdır ?
Qida əlavəsi bildiyiniz kimi, həyatımızda mühüm rol oynayır. Əgər özünüzdə tez-tez halsızlıq, yorğunluq, sümük ağrıları, əzələ və toxumalarda narahatçılıq hiss edirsinizsə, demək ki, yedimiz qidalardan kifayət qədər mineral ala bilmirsiniz. Bu zaman sizin köməyinizə Zed Pharma məhsulu olan “Ziron” qida əlavəsi çatacaq. Bəs bu preparatın istifadə qaydası necədir ?
1 həb gündə 2-3 dəfə yeməkdən 1 saat əvvəl və ya yeməkdən 2 saat
sonra qəbul olunur.
“Ziron” qida əlavəsini aşağıdakı hallarda qəbul etmək olar:
- Fe defisitli anemiya
- Meqaloblast anemiya
- Hamiləlik və laktasiya zamanı
- Xroniki qan itirmə
Orqanizmdə çatışmayan vitaminlər immunitet sisteminin zəifləməsinə və bununla da xəstəliklərə qarşı daha həssas olmağımıza şərait yaradır. Sağlamlığın qorunması üçün bədənin günlük vitamin ehtiyacını qarşılaması vacibdir. Gündəlik vitamin və mineral ehtiyacı qarşılanmadıqda isə orqanizm normal fəaliyyətini düzgün davam etdirə bilmir. Belə ki, Ziron qida əlavəsi olduqca zəngin tərkibi ilə, sizin xəstəliklərdən qorunmağınıza kömək edəcək.
Tərkibi:
- Fe++ qlükonat 159 mq
- Fol turşusu 200 mkq
- B12 vitamini 2 mkq
- C vitamini 30 mq
Onu da qeyd edək ki, əlavə narahatçılığınız olduğu təqdirdə həkiminizlə danışmağı tövsiyyə edirik.