Hal-hazırki həyat şəraiti hər şey kimi cinsi sağlamlığa da təsir edir. Kişilərin 70%-də erkən boşalma problemi olur, bununla yanaşı sonsuzluq, erektil disfunksiya kimi cinsi problemlər də tez-tez rast gəlinir. Müxtəlif müalicə üsulları tətbiq edilir, lakin mövzunun mahiyyətinə getsək, qidalanma və yaşayış vərdişləri önəm daşıyır. Çünki orqanın qanla təchizatı və səmərəli işləməsi onun hüceyrələrinin qidalanması ilə sıx bağlıdır.
Cinsi əlaqə müddəti kişinin boşalması ilə başa çatır. Bu səbəblə sağlam cinsi həyat üçün sperma keyfiyyətinin artırılmasının əhəmiyyəti artır. Spermanın keyfiyyətinə idman, yaş, siqaret və spirt istifadəsi, stress səviyyəsi, qidalanma kimi bir çox faktor təsir edir. Ayrıca antidepresanların istifadəsində şəkər kimi xəstəliklərdə qan şəkərinin nizamlı olmaması səbəbindən cinsi problemlər yarana bilər.
Kişi cinsiyyəti haqqında bilməli olduğunuz məlumatlar:
1) Bütün heyvan mənşəli məhsullarda olan doymuş yağların qəbulunun 5% artması ilə sperma sayı 38% azalır. Doymuş yağlar heyvan mənşəli məhsullarda da olur.
2) Yüksək antioksidant qəbulu sperma fəaliyyətinə müsbət təsir göstərir.
3) Soya məhsulları tərkibindəki estrogen və izoflavonlara görə kişilər üçün uyğun sayılmır, lakin soya məhsullarının sperma konsentrasiyasına mənfi təsir göstərmədiyi bildirilmişdir. Bununla belə, soya məhsulları spermanın məhsuldarlığına kömək etmir.
4) Yüksək qan xolesterol səviyyələri də sperma sağlamlığına və sperma hərəkətliliyinə mənfi təsir göstərir. Doymuş yağ və xolesterinin qəbulu nəticəsində damarlarda yaranan maneələr spermanın keyfiyyətinə, hərəkətliliyinə və cinsi sağlamlığına mənfi təsir göstərir. Ət, süd, qatıq, pendir, yumurta kimi bütün heyvan mənşəli qidalarda doymuş yağ və xolesterin var. Heyvan mənşəli qidalar təkcə cinsi sağlamlığa təsir etmir, həm də dünyada ölümə səbəb olan ürək-damar xəstəliklərinin artmasına səbəb olur.
5) Piylənmə kişilərin cinsi sağlamlığına təsir edən ən əhəmiyyətli faktorlardan biridir. Bədən çəkisinin idarə edilməsi təkcə cinsi sağlamlıq üçün deyil, həm də sağlam həyat üçün lazımdır. Bitki mənşəli qidalanma, cinsi sağlamlığa əhəmiyyətli dərəcədə töhfə verən bədən çəkisinin idarə edilməsini təmin edir.
Bundan əlavə, bitki mənşəli qidalar qəbul edən kişilər vitamin B12 səviyyələrinə diqqət yetirməlidirlər.
Qidanıza diqqət etməklə birlikdə cinsi zəifliyi dərman preparatları ilə də aradan qaldıra bilərsiniz. ZedPharma şirkətinin məhsulu olan Terris Active preparatına keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz. Qeyd edək ki, müasir dövürdə hər hansı bir xəsdəliyin qarşısını sadəcə təbabət və ya təbii qidalar ilə aradan qaldırmaq mümkün olmaya bilər. Mütləq güvəndiyiniz, etibar etdiyiniz prepatalardan da istifadə etməlisiniz.