image-bacteriabackend

İmmunitet haqqında ümumi məlumat

İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşürdülər. Onlar bir sıra epidemiyalar səbəbilə baş verən qırğınların səbəblərini insanların öz allahları qarşısında günahlarının olması kimi başa düşür və onlar elə başa düşürdülər ki, xəstəlik allahın onlara göndərdiyi cəza tədbiridir. Xəstənin məhv olması onun günahlarının çox, sağalması isə günahlarının az olması ilə izah edilirdi.
İmmunidetin mexanizmini izah etmək üçün nisbətən geniş yayılmış nəzəriyyə Lui Paster tərəfindən verilib.Onun tükənmə nəzəriyyəsi bu sahədə qiymətləndirildi. Bu nəzəriyyəyə görə xəstəlik törədən amillər orqanizmdə öz substratları hesabına inkişaf edib onları tükəndirir,və ona görə də ikinci dəfə peyda ola bilmirlər. Paster belə hesab edir di ki, təbii yoluxma və ya canlı mikroblarla peyvənd zamanı orqanizm daxilində mikrobların inkişafı üçün labüd olan xüsusi substratalar tükəndiyindən həmin xəstəlik ikinci dəfə yaranmır.Lakin ,Pasterin tükənmə nəzəriyyəsi özünü doğrultmamışdır. Bunlara baxmayaraq Pasterin immunologiyanın formalaşmasında xüsusi rolu olub.O eksperimental immunologiyanın banisi hesab edilir.
Bəzi ədəbiyyatlarda immunologiyanın banısi kimi E.Cennerin adı çəkilir.Belə ki,o da çiçəyə qarşı peyvən üsulunu təklif edib.Buna baxmayaraq digərləri də biu fikirlə razəılaşmır. Belə ki, Cennerin işləri fərdi xarakter daşımış və yalnız çiçək xəstəliyinə aid olmuşdur. Digər tərəfdən isə o təklif etdiyi üsulun mahiyyətini izah edə bilməmişdir. Vaksin yaratmağın ümüumi prinsipləri işləyib ghazırlaya bilmədiyindən, Cenner digər xəstəliklərə qarşı peyzvıənd üsullarını təklif edə bilməmişdir.
İmmunologiyanın bir elm kimi formalaşmasında Meçnikovun xüsusi xidmətləri olmuşdur. Onlar humoral immunitetin tədqiqinin fundamentini qoymuşlar. Meçnikov müxtəlif heyvanlarda iltihab prosesini tədqiq etmişdir və bu zanman o faqositoz haqqında nəzəriyyəni vermişdir. Bu prosesdə iştirak edən hüceyrələri faqositlər adlandırmışdır. Meçnikov tərəfindən immunitettin faqositar nəzəriyyəsi yaradılmışdır. İmmmunologiyanın formalaşmsında Paul Erklixin də xidmətləri olmuşdur. O, toksin antitoksin reaksiyalarının miqrdari analiz üsullarını işləyib hazırlamışdır. İmmunologiyanın inkişafında Robert Koxun da xidmətləri vardır.

İmmunoloji müdafiə şərti olaraq 2 kateqoriyada təsnifləşdirilir:
• anadangəlmə
• qazanılmış
Anadangəlmə yaxud qeyri spesifik (təbii, qeyri-adaptiv) immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmsanın ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin kompanentləri insan və heyvan anadan doğularkən orqanizmdə hazır şəkildə mövcud olur və onlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir.
Adaptiv yaxud qazanılmış immun sistemi (spesifik) müdafiənin sonrakı mərhələsini təşkil edir.
Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontonogezində fərdi inkişafı dövründə formalaşır. O anadangəlmə immun sitemindən yüksək spesifikliyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa ona qarşı daha güclü müdafiə təşkil olnunur. Ondan fərqli olaraq anadangəlmə immun sistemində hüceyrələr hər bir antigen molekulunu yox, yad molekullar qrupunu ayırd edə bilir.

İnfeksion xəstəliklərdən qorunmaq üçün Zed Pharma sizlərə Simflor təklif edir. Bu preparatdan istifadə etməklə xəstəliyə yoluxma riskinizi minimuma endirə bilərsiniz.
göstərişləri və istifadə qaydası ilə tanış olmaq üçün dərmanın üstünə klikləməyiniz kifayətdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.

Bağırsaq pozğunluğubackend

Bağırsaq pozğunluğu

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur.

image-medium-shot-upset-man-looking-awaybackend

Kişilərdə Cinsi Zəiflik

Kişi sonsuzluğuna nə səbəb olur? Adi xarici intoksikasiyalar (spirtli içki qəbulu və siqaret çəkmək) Profefsisonal xarici intoksikasiyalar (bəzi orqanik və qeyri-orqaniq maddələrin təmas etməsi, şüalanma) İstilik amili (həddən artıq yüksək/aşağı temperaturda iş rejimi, uzun müddətli titrəmə) Cinsi orqanların travması Balanslaşmamış qidalanma Psixoloji gərginlik