image-endirmebackend

Qarpızın faydaları

Əksər insanlar üçün yay aylarının ən çox sevilən və təravətləndirici meyvəsi olan qarpız ən çox istehlak edilən meyvələr arasındadır. Su və şəkərdən ibarət olduğu düşünülsə də, qarpızın kalori və qida dəyəri çox zəngindir və yüksək qida dəyəri olan bir meyvədir. Bir çox vitamin və minerallarla zəngindir. Ləzzətli olması ilə yanaşı, digər meyvələrdən də fərqlənir.

Qarpızın faydaları:

1. Gün ərzində 100-150 qr qarpız yemək gündəlik vitamin və mineral ehtiyacının 10%-ni təmin edir.

2. Susuzluğun qarşısını alır və böyrəklərin müntəzəm fəaliyyətini tənzimləyir.

3. Yüksək qan təzyiqini azaltmağa kömək edərək ürək-damar sağlamlığını qoruyur.

4. Güclü antioksidant olduğu üçün bədəni toksinlərdən təmizləyir.

5. Dərinin nəm balansını təmin edir və daha canlı bir görünüş verir.

6. Şişkinlikdən qurtulmağa təsir edərək arıqlamağa kömək edir.

7. Qarpız əzələ sistemini gücləndirir və idmandan sonra yeyildikdə əzələ ağrısını azaldır.

8. Yatmağa kömək edir.

9. Yaddaşı gücləndirir.

10. Tərkibi liflə zəngin olduğuna görə bağırsaqların işini

tənzimləyir.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.