- Qafqazda qoz ağacı müqəddəs sayılır. Burada 3-4 əsrlik tarixi olan qoz ağaclarına rast gəlmək olar.
Qoz ən yaxşı zülal mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.
Gün ərzində 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəliklərdən, o cümlədən onkoloji proseslərdən qoruya bilər. Bu barədə məşhur türk həkim onkoloqu Osman Erk bildirib. Onun sözlərinə görə, qoz insanı nəinki onkoloji xəstəliklərdən , eləcə də depressiya və qocalıq əqli geriliyindən qoruya bilər. Aparılan araşdırmalar göstərir ki, qoz yemək əsasən də süd vəzi, prostat xərçəngi riskini azalda bilər.
Qozun gündəlik qəbulu 100 qramdan artıq olmamalıdır. Əks halda, ağızda səpgi və ya baş ağrıları da daxil olmaqla sağlamlıq problemləri yarana bilər.