image-qozun-faydalari-2backend

Qozun İnanılmaz Faydaları

  1. Qafqazda qoz ağacı müqəddəs sayılır. Burada 3-4  əsrlik tarixi olan qoz ağaclarına  rast gəlmək olar.

Qoz  ən yaxşı zülal mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi  antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda  bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir.

Gün ərzində  4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəliklərdən, o cümlədən onkoloji proseslərdən qoruya bilər. Bu barədə  məşhur türk həkim onkoloqu  Osman Erk bildirib. Onun sözlərinə görə, qoz insanı nəinki onkoloji xəstəliklərdən , eləcə də depressiya və qocalıq əqli geriliyindən qoruya bilər. Aparılan araşdırmalar göstərir ki,  qoz yemək əsasən də  süd vəzi, prostat xərçəngi riskini azalda bilər.

Qozun gündəlik qəbulu 100 qramdan artıq olmamalıdır. Əks halda, ağızda səpgi və ya baş ağrıları da daxil olmaqla sağlamlıq problemləri yarana bilər.

 

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bənzər məqalələr

image-close-up-of-sunscreen-protection-or-sun-cream-on-human-skinbackend

Cərrahi Əməliyyatdan Sonrakı Dövr

Yataq yaraları, sidik qaçırma riski olan və mütəmadi yataq bezi istifadə edən xəstələrdə yataq yaralarının proflaktikası, bişməcələrdə, günəş və digər yaralarda, diabetik ayaq baxımında, şüa terapiyasından sonra dəridə yanıq və zədələnmələrdə, cərrahi əməliyyatdan sonrakı yaralarda, döş gilələrinin çatlarında (süd əmizdirmədən əvvəl döş giləsinin su ilə yuyulması tövsiyyə olunur), anal çatlarda, əl və daban çatlarında.